Azərbaycanda 2017/2018-ci dərs ili iyunun 14-də başa çatacaq və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq
Bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.
Eyni zamanda, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayının isə 165780 nəfər olacağı gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.(report)
Digər xəbərlər
loading...