“Ermənistanın yeni hökuməti ölkəni qərbyönümlü etmək istəsə də, yekunda Serj Sarkisyanın və Robert Koçaryanın yolu ilə gedəcək”
Bunu Trend-ə "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu deyib.
Onun sözlərinə görə, N.Paşinyan hökumətə əsasən gənc və qərbyönümlü kadrları təyin edib ki, bu da qısamüddətli perspektivdə Ermənistan üçün məntiqli addım kimi görünür, lakin uzunmüddətli perspektivdə ölkənin xarici siyasətində dəyişikliklərin olacağına ümid yoxdur:
"Paşinyan və ətrafı etirazların ilk günündən xarici siyasət kursunu müəyyənləşdirə bilməmişdi. Sarkisyana qarşı çıxış edərkən antirusiya mövqeyi sərgiləmək asan idi, amma hakimiyyətə gəldikdən sonra onlar reallıqla üzləşdilər".
M.F.Öztarsu əlavə edb ki, populizm N.Paşinyanın təşəbbüslərində əsas elementdir:
"Bu, erməni siyasətçiləri üçün yeni vasitə deyil. Ermənistan müstəqillik qazandıqdan bəri populizm millətçi ritorika, ərazi iddiaları və qonşularla düşmən münasibət fonunda təşviq olunurdu. Paşinyan da bu alətdən öz məqsədləri naminə istifadə edir. Qarabağa səfər və Naxçıvan haqqında fikirlər Paşinyan hakimiyyətinin xüsusiyyətlərini göstərir. Bundan başqa, Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçəcəyi xəbəri də yaxşı reklamdır və populizmin dayanıqlığı üçün vasitədir".
Digər xəbərlər
loading...