Gürcüstan parlamentinin bu həftə ərzində növbədənkənar iclası keçiriləcək
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlament sədri İrakli Kobaxidze bildirib.
O deyib ki, növbədənkənar iclas iyunun 6-da çağırılacaq və iclasın təyin olunması ilə bağlı prezidentə müraciət olunacaq.
İclasda Tbilisinin Xorava küçəsində ötən il qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaq komissiyası yaradılacaq. Komissiyaya deputat Sergi Kapanadze başçılıq edəcək.
Qeyd edək ki, ötən il dekabrın 1-də Xorava küçəsində mübahisə zamanı 51 saylı məktəbin 16 yaşlı iki şagirdi qətlə yetirilib. Qətl üzrə məhkəmə işi yekunlaşsa da, yeniyetmələrin valideynləri məhkəmə hökmünü qəbuledilməz hesab edirlər. Son günlər yeniyetmələrdən birinin atası Zaza Saralidzenin təşkilatçısı olduğu kütləvi aksiya davamlı olaraq keçirilir. Yeniyetmələrin işi üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılıb.
Digər xəbərlər
loading...