2018-ci il yanvarın 1-nə dövlət büdcəsinə vergi borcları 1 mlrd. 63 mln. 436,8 min manat təşkil edir və 2017-ci ildə 25,9% azalıb
Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı materiallarına əsasən 2018-ci il yanvarın 1-nə vergi borclarının strukturunda 843 mln. 610,4 min manat (2017-ci ildə azalma 2%) əsas borcun payına düşür.
1 yanvar tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 145 mln. 853,1 min manat (azalma 24,4%, cərimələr üzrə isə 73 mln. 973,3 min manat (azalma 80%) təşkil edir.
Ötən il dövlət şirkətlərinin əsas borcu 154 mln. 866,6 min manatadək, özəl şirkətlərin əsas borcu 676 mln. 287,8 min manatadək azalıb.
Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1%, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9% təşkil edir.
Hesablama Palatasının materiallarında qeyd olunur ki, yanvarın 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 544 mln. 887,4 min manat artıq vergi ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,4 dəfə çoxdur.
Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 50,3%-i özəl sektorun, 20,3%-i dövlət şirkətlərinin, 19,7%-i xarici şirkətlərin, 9,7%-i birgə şirkətlərin payına düşür. Bu vəsaitlərin 9,4%-i neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib. (Fed.az)
Digər xəbərlər
loading...