Almaniya milli komandasının baş məşqçisi Loahim Löv DÇ-2018 üçün yekun heyəti elan edib
Qol.az-ın Almaniya Futbol İttifaqıın rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, 23 nəfərlik heyətə son mövsüm “Mançester Siti”dəki oyunu ilə diqqət mərkəzinə düşən (32 oyuna 10 qol, 15 qol ötürməsi) Leroy Sane düşməyib. Bundan başqa, genişləndirilmiş heyətdən qapıçı Bernd Leno, müdafiəçi Conatan Ta və hücumçu Nils Petersen də siyahıdan kənardan qalıb.
Ümumilikdə, son dünya çempionu Almaniyanın DÇ-2018 üçün yekun heyəti belədir:
Qapıçılar: Manuel Noyer («Bavariya»), Mark-Andre ter Stegen («Barselona»), Kevin Trapp («PSJ»);
Müdafiəçilər: Djerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı - «Bavariya»), Mattias Qinter («Borussiya» Münhenqladbax), Yonas Hektor («Köln»), Marvin Plattenhardt («Herta»), Antonio Ryudiger («Çelsi»);
Yarımmüdafiəçilər: Yulian Brandt («Bayer»), Yulian Draksler («PSJ»), İlkay Gündoğan («Mançester Siti»), Sami Hedira («Yuventus»), Toni Kroos («Real»), Leon Qorettska, Sebastyaən Rudi (hər ikisi - «Bavariya»), Məsut Özil («Arsenal»);
Hücumçular: Mario Qomes («Ştutqart»), Marko Roys («Borussiya» Dortmund), Tomas Müller («Bavariya»), Timo Verner («RB Leyptsiq»).
Xatırladaq ki, Almaniya İsveç, Meksiya və Cənubi Koreya ilə F qrupunda mübarizə aparacaq. DÇ-2018 14 iyun - 15 iyul tarixlərində Rusiyada keçiriləcək.
Digər xəbərlər
loading...