Müəllimlərin sertifikasiyası ilə bağlı təklif qəbul olunsa, bu prosesin 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur
Bu barədə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib. Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası məcburi olmalıdır.
Nazirlik rəsmisi həmçinin deyib ki, 2014-cü ildən başlayan diaqnostik qiymətləndirmə isə könüllü xarakter daşıyır və məcburi deyil: "Sadəcə olaraq diaqnostik qiymətləndimə müəllimlərin birbaşa öz maraqlarında olduğu üçün burada həmişə 99 faiz iştirak qeydə alınır. Bu il 21 min nəfər müəllim qiymətləndirmə üçün müraciət edib. Onlardan 9 minə yaxını əvvəlki illərdə müxtəlif səbəblərdən bu qiymətləndirmədə iştirak edə bilməyiblər. Eyni zamanda 12 minə yaxın müəllim qiymətləndirmədə təkrar iştirak edir. Yəni onlar artıq qiymətləndirmədə bir və yaxud bir neçə dəfə iştirak ediblər. Sadəcə olaraq nəticələrindən razı deyillər. Bildiyiniz kimi, qiymətləndirmənin nəticələri müəssisədə dərs bölgüsünün aparılması zamanı nəzərə alınır. Bu da müəllimin maddi rifahına təsir edən amillərdəndir. Ona görə də aşağı nəticə göstərən və nəticəsindən razı olmayanlar qiymətləndirmədə təkrar iştirak etmək istəyirlər. Eyni zamanda yerdəyişmə zamanı da qiymətləndirmənin nəticələri nəzərə alınır. Buna görə də müəllimlər yerdəyişmədə şanslarını yüksəltmək üçün təkrar qiymətləndirmədə iştirak edirlər".
E. Bağırov bildirib ki, təhsil sənədləri dövlət nümunəli olmayan müəllimlərin qiymətləndirilməyə cəlb olunması məhdudlaşdırılır. (lent.az)
Digər xəbərlər
loading...