Həəə, gəldik o günə də çatdıq. Ki, Səlim Müslümovun dədəsinə rəhmət oxuyaq!
Düzdü, Səlim müəllimin dədəsinə rəhməti öz oğlu oxutmur, bunu onun oğlunun əvəzinə… Sahil Babayev elətdirir İlqar Rəhimovun əliylə! Necə?
Gəlin, əvvəl bu rəhmət oxutmağı dəyirmançı oğlu necə edib, bunu xatırlayaq, sonra Sahil Babayevin “sakitləşməyini” və hesabların çəkilməyini xırdalayarıq!
Deməli, bir dəyirmançı olurmuş, camaata zülm edirmiş ki, yüklərini dəyirmana 150 metr qalmış çiyinlərində gətirsinlər. Öləndə oğluna deyir ki, mən sağlığında dədəmin də gorunu söydürdüm, evdəki ananı-bacını da, amma sən elə et ki, mənə rəhmət oxusunlar!
Oğul da nə oğul, ata üçün ölümə gedər. Bir az da qabağa gedib məsafəni bir 300 metr o yana çəkir, üstəlik də təpə düzəldir – indi camaat çiynində yük təpəni qalxıb enib gəlir dəyirmana… əvvəlki dəyirmançının dədəsinə rəhmət oxuya-oxuya!
İndi də… Sahil Babayev çəkilib kənara, ayda 50 minlik paketə “fransuzski duxi” vurur! Fəqət… İlqar Rəhimov…
Ay sağ ol, düz bildiniz, “Füzuli Ələkbərovun kassiri” haliyədə “sosial müdafiə fondunun vəziri”di (nazirliyin adını tam yazmağa adamın nəfəsi çatmır e orda baş verənlərdən sonra)!
Səlim Müslümov, Allah atana rəhmət eləsin, ona görə ki, sən əgər rayon şöbələrinə müdiri 100-150 minə qoyurdunsa, indi 300 mindi – dedim biləsən ki, nə qədər hərif olmusan! 300 minlik vəzifəyə maksimum 150 min almaqla vəzifəni hörmətdən salıbsanmış!
Səni əgər 2-2,5 milyardın əskikliyinə tüstüləndirirlərsə, Sahil Babayev ölü yeri bir 10 milyardla səndən bir boy yuxarı olacaq!
Allah dədənə rəhmət eləsin, Səlim Müslümov! Amma sən dədənin goru, o İlqar Rəhimova zəng elə bir sağ ol de… dədənə rəhmət oxutduğu üçün! Eləcə Sahil Babayevə də. Həə, hələ ki, yadımdan çıxmamış, yadına salım ki, arada İmişli DSMF-yə də zəng elə, gör İntiqam Əliyev sənə cavab verirmi? Versə, soruş, 500 mini yerində qalmaq üçün necə çığırdıb alıblar ondan?
Səlim müəllim, düzdü, həmişə olduğu kimi, yenə də hərəkətə keçib “müqəddəs Məryəm” obrazını yaratmayın – əks təqdirdə İlqar Rəhimovun dədənizə oxutduğu rəhmət gedəcək bada!
İlqar Rəhimovun kreativ iş üsulları barədə əlavə məlumatlar bir vaxtlar ölənlərin adına pulların Səlim Müslümovun cibinə axdığı sürətlə AzToday.az-ın redaksiyasına daxil olur!
İlqar Rəhimovun kreativ iş üsullarından bircəciyini deyirik ki, qoy özü də inansın ki, bildiklərimiz həqiqətdi: deməli, adamlar cənab prezidentin kadr islahatları apardığına inanıb gəlirlər DSMF-na ki, əyrilikləri, oğurluqları çatdırsınlar rəhbərliyə, guya ki, Sahil Babayev cavandı, kreativdi, islahatçıdı, nə bilim daha nədi, bütün maxinasiyaları qoyurlar ovuc içinə – bu maxinasiya faktları da əli havada qalan Sahil Babayevin əvəzinə “düşür” İlqar Rəhimovun ovcuna! İki gündən bir DSMF-də qışqırıq səsləri ucalır. Bilirsiniz kimlərin qışqırığı? O kimlərin ki, etdikləri maxinasiyaları haqda bir az əvvəl məlumat alıblar! DSMF-də əfvin dəyəri 500 mindən az deyil!
Adam az qalır desin ki, ay millət, DSMF-dən şikayətləri DSMF-yə etməyin, ayrı, ədalətli və tədbir görəcək ünvan tapıb, ora edin!
Hələlik bu qədər…
Azad Qulam (AzToday.az)
Digər xəbərlər
loading...