Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 16,5 min nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 2266,0 min nəfərə çatıb
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, əhalinin 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1058 nəfər olub.
Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7268 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. Doğulan körpələrin 78-i əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Bu ilin birinci rübündə Bakı şəhərində 3576 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi eyni qalıb (6,4).
2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 3077 nikah və 1142 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3-dən 5,5 qədər yüksəlib, boşanmaların sayı isə 2,0 olub.“APA-Economics”
Digər xəbərlər
loading...