"Bu gündən etibarən bildirirəm ki, aclıq aksiyasını həm AR Baş Prokurorluğun, həm də AR ƏN Tibbi Baş idarəsinin qanunsuz hərəkətlərinə etiraz olaraq keçirirəm”
MTN generalı Akif Çovdarov ölüm aclığına başlayıb.
Cebhe.info keçmiş MTN generalının Bakı İstintaq Təcridxanasının rəisinə yazdığı ərizəni əldə edib. Akif Çovdarov ölüm aclığına başlaması ilə bağlı Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edən Rəşid Səfərova yazdığı müraciətində qeyd edir ki, 2016-cı il avqustun 19-dan etibarən Baş Prokurorluğun ona qarşı qanunsuz və sifarişli hərəkətlərinə etiraz olaraq su, qida və dərman qəbul etməkdən imtina edib:
“Müdafiəçim tərəfindən Ədliyyə Nazirliyini Tibb baş idarəsinə və Bakı İstintaq Təcridxanasına müraciət olunaraq hər gün cinayət işinin materialları ilə tanış olmağımın səhhətimdə olan xəstəliklərin ağırlaşmasına səbəb olub-olmaması, eyni zamanda xəstəliyim nəzərə alınmaqla həftə ərzində neçə gün və hansı saatlarla tanış olmağım barədə müvafiq rəy verilməsi xahiş olunub. Lakin müdafiəçim tərəfindən verilən sorğuya cavab verilməyib. Baş Prokurorluğun göstərişinə əsasən mənim xəstə olmağım və gün ərzində 800-1000 vərəqdən ibarət 3-4 cümlə tanış olmağımın hazırki durumumla qeyri-mümkün olmağı barədə rəyi qəsdən verilmir. Bu səbəbdən də bu gündən etibarən bildirirəm ki, aclıq aksiyasını həm AR Baş Prokurorluğun, həm də AR ƏN Tibbi Baş idarəsinin qanunsuz hərəkətlərinə etiraz olaraq keçirirəm”.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov isə Cebhe.info-ya bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində kəskin probemlər var və o, isitntaq materialları ilə tanış ola bilmir. A.Çovdarov artıq su qəbulundan da imtina edib.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun yaxın günlərdə məhkəməyə çıxarılacağı gözlənilir. Artıq Çovdarovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...