Milli Məclisin (MM) bu ay ının keçirilməsi gözlənilir
İlk iclas ayın 12-də keçiriləcək.
Növbəti iki iclasın isə iyunun 28-29-u tarixlərində keçirilməsi nəzərdə tutulur.
Ancaq bununla belə, tarixlərdə dəyişiklik ola bilər.
2018-ci ilin büdcəsinə dəyişikliyin edilməsi, dürüstləşdirmə aparılması 12 iyun iclasında mümkün olmayacaq.
Bu məsələnin son iki icladan birində müzakirəsi və qəbulu planlaşdırılır.
“Bu məsələdə bir qədər gecikməyə səbəb dünyada neftin qiymətinin artıb-azalması məsələsidir. Bildiyiniz kimi, bir müddət öncə dünya bazarında neftin qiyməti ilə bağlı artım, canlanma müşahidə olundu. Buna da təbii ki, Orta və Yaxın Şərqdə cərəyan edən proseslər təsir göstərdi. Yəni, neftin bir barrelinin qiyməti 80 dollara qədər yüksəldi.
Amma son günlər burada yenə bir azalma hiss olunur. Azərbaycanın dövlət büdcəsi formalaşdırılarkən, neftin qiyməti 45 dollardan götürülmüşdü. Ona görə də hökumət bütün riskləri gözdən keçirir, tələsik qərar vermək istəmir.
Yəni, dövlət büdcəsində həm artımın olması, həm neftin qiymətinin 45-dən dollardan bir qədər yüksək götürülməsi məsələsi nəzərdə tutulurdu ki, indi burada da ehtiyatsız addım atmaq istənilmir. Ona görə də büdcəyə dəyişikliklər, dürüstləşdirmə məsələsi bir qədər gecikir.
Təbii ki, büdcədə artım olacaq, büdcə artırılacaq və bu artım bir sıra sahələrə ayrılacaq, amma neftin qiyməti ilə bağlı məsələdə dəyişiklik olub-olmayacağı son anda bəlli olacaq”, - deyə bildirilir. (oxu.az)
Digər xəbərlər
loading...