Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün yerində yeni körpünün, 200 metr aralıda isə alternativ körpünün tikintisinə başlanılıb
AzərTAc xəbər verir ki, iyunun 4-də çayda suyun səviyyəsi aşağı düşüb və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları ərazidə işə başlayıb. Əvvəlcə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni, suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görülür. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa olunacaq. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur.
Qeyd edək ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 15 metrlik hissəsi dağılıb, qalan hissəsi möhkəmdir və bərpa edilə bilər. “Mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü yenidən qurmaq olar. Körpünün sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınması üçün beton bənd tikiləcək, bərkitmə işləri görüləcək. Körpünün inşası bir neçə aya başa çatdırılacaq.
Digər xəbərlər
loading...