Sarkisyan rejimindən fərqli heç nə yoxdur
Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq. Proqramın əsas tezislərini diqqətlə oxudum. Yeni heç nə yoxdur. Məsələn, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, “Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, “Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, “Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, “Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”. Strateq.az xəbər verir ki, bu barədə “Atlas! Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır: “Üstəlik proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb”.
E.Şahinoğlu bildirib ki, bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sarkisyanın proqramında da olub. “Guya Serj Sarkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sarkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir”.
Ekspert daha sonra qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda gün keçirib “BMT qətnamələri yerinə yetirilməlidir” təkrarlamaqdansa Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir. (strateq.az)
Digər xəbərlər
loading...