Kataloniya muxtariyyətinin rəhbərliyi İspaniyadan ayrılaraq müstəqil omaq üçün yenidən hərəkətə keçib.
“Qafqazinfo” xəbər verir ki, bu, İspaniyada baş nazir Mariano Rajoyun istefası və onun yerinə Pedro Sançezin seçilməsindən sonra baş verib.
Kataloniya rəhbəri Quim Torra müstəqillik mübaizəsinin davam etdiriləcəyini bildirərək, yeni baş nazirə danışıqlar üçün çağırış edib: “Gəl danışaq, problemi müzakirə edək. Buna ehtiyac var”.
Xatırladaq ki, ötən il oktyabrın 1-də keçirilən referendumdan sonra Kataloniya müstəqilliyini elan etmişdi. Lakin İspaniya hökuməti Kataloniya hökumətini istefaya göndərdikdən və bir neçə vəzifəli şəxs həbs etdikdən sonra, sabiq lider Karles Puçdemon Belçikaya qaçmaq məcburiyyətində qalmışdı.
Digər xəbərlər
loading...