“Gürcüstanda qeyri-sabitliyin yaradılması üçün heç kəsə əsas verilməyəcək”
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.
Gürcüstanın baş naziri bildirib ki, ölkədə sabitlik təmin olunacaq: “Ədalətsizlik hissi olan insanlara gəlincə, bu, bizim üçün ciddi çağırışdır. Bütün suallara müvafiq formatda mütləq cavab veriləcək. Ölkədə sabitliyi pozmağa çalışan və tamamilə qanunsuz siyasi tələblər irəli sürən radikal qruplara qeyri-sabitliyin yaradılmasına əsas verilməyəcək”.
Qeyd edək ki, Tbilisidə son günlər məhkəmə-hüquq sisteminə qarşı keçirilən davamlı etiraz aksiyasına bəzi müxalif siyasi partiyalar da dəstək verib. Partiyalar fəaliyyət planının hazırlanması məqsədilə məsləhətləşmələr aparır.
Digər xəbərlər
loading...