Tbilisidə Gürcüstan hökumətinin istefası tələbi qoyulmuş etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar
Virtualaz.org TASS-a istinadla xəbər verir ki, aksiyada 3 minə yaxın adam iştirak edir. Onlar parlament binasının qarşısı ilə yanaşı, yolu da tutublar. Bu arada xatırladaq ki, Ermənistanda “məxməri inqilab” zamanı da yolların bağlanması taktikasından geniş istifadə olunmuşdu.
Şəhər hakimiyyəti və prospektdə olan hüquq-mühafizə orqanları əməkdaşları hələlik prospektdə hərəkətin bərpa edilməsi üçün heç bir tədbir görmürlər.
Parlamentin binasının yaxınlığında bir neçə təcili yardım maşını növbə çəkir.
Aksiyada adi vətəndaşlar çıxış edir və məhkəmə ədalətsizliyi ilə üzləşdikləri hallardan bəhs edirlər. Onların hamısı ölkədə qanunların aliliyinin bərqərar olmasını tələb edirlər. Aksiyada hər hansı siyasi bəyanat səslənməyib, akin iştirakçıların tələbi qüvvəsində qalmaqdadır – onlar hökumətin istefasını istəyirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...