“Azərbaycanda avtobus qəzası nəticəsində xəsarət almış Gürcüstan vətəndaşlarının vəziyyəti stabildir”
APA-nın Gürcüstan müxbirinin məlumatına görə, bunu Gürcüstanın Şida Kartli bölgəsinin qubernatoru Akaki Maçutadze deyib.
O bildirib ki, avtobusun sürücüsü və Qori şəhərinin 3 saylı məktəbinin bir şagirdi xəstəxanadadır: “Onların hər ikisinin sınıqları və kəsik xəsarətləri var. Xəsarət almış digər sərnişinlər yaxınlıqda yerləşən tibb müəssisəsində ambulator yardım alıblar”. Maçutadze qeyd edib ki, Gürcüstanın Azərbaycandakı səfirliyi sərnişinlərin Bakıya çatdırılmasını təmin edəcək. Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tiflisdən Bakıya doğru hərəkət edən turist avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.
Avtobusda olan 20 şagird və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
MilliYol.Az
Digər xəbərlər
loading...