Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alümunium idxalına gömrük rüsumu tətbiq etməsi ilə Ümumdünya Ticarət Təşkilatında məsələ qaldıracaq
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini məlumat verib.
Bundan başqa, onun sözlərinə görə, ABŞ-ın ittifaq ölkələrinə qarşı olan addımına cavab olaraq bir sıra Amerika məhsullarına idxal gömrük rüsumları tətbiq ediləcək.
"Aİ heç kimlə mübarizə aparmır. Aydındır ki, birlik maraqlarını qorumalıdır. Biz azad ticarət istəyirik", - deyə F.Moqerini bildirib.
Xatırladaq ki, ABŞ iyunun 1-dən Avropadan gətirilən polad və alüminiuma rüsum tətbiq edib.
Digər xəbərlər
loading...