“Rusiya erməni lobbisi vasitəsilə ABŞ-ın daxili işlərinə və ölkədə keçirilən seçkilərə müdaxilə edib”
“Report” xəbər verir ki, bu barədə Raul Loueri Kontrerasın “Foreign Policy” nəşrində dərc olunan məqaləsində bildirilir.
“Rusiyanın ABŞ-ın daxili işlərinə müdaxiləsini əlaqələndirən ən qəribə üçbucaq erməni lobbisi, o cümlədən Putin tərəfindən müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Rusiya və Ermənistandan olan etnik ermənilərlə işləyən erməni-Amerika lobbisidiri”, – məqalədə deyilir.
Müəllif həmçinin bir zamanlar Rusiya hökumətinin antiamerika təbliğatını növbəti dəfə erməni lobbiçilərə həvalə etdiyini xatırladıb.
“Bunun ən böyük əlamətlərindən biri Kremlin Rusiyanın cənubundan olan gənc erməni jurnalisti, nisbətən qaranlıq persona olan Marqarita Simonyanı “Russia Today” (RT) mediaimperiyasının rəhbəri, rusiyalı televiziya eksperti, prezident Boris Yeltsinin keçmiş müşaviri, hələ də rus dilində ağır erməni ləhcəsi ilə danışan Andranik Miqranyanı Demokratiya və Əməkdaşlıq İnstitutunun Nyu-York ofisinin rəhbəri vəzifəsinə təyin etməsi idi“, – “Foreign Policy” yazıb.
“Foreign Policy” iddia edir ki, ABŞ-dakı erməni lobbisi bu gün ABŞ-da nümayəndəlikləri və ofisləri olan “Russia Today” və “Sputnik”in simasında Rusiya təbliğat ilə sıx əməkdaşlıq edir.
Müəllifin fikrincə, Rusiya və Ermənistan ABŞ-dakı bütün addımlarını koordinasiya edir.
Digər xəbərlər
loading...