Londonun "Çelsi" klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviç Böyük Britaniyanın investisiya vizasının müddətinin uzadılmasına dair müraciətini geri götürüb
TASS xəbər verir ki, "The Sun" nəşri rusiyalı biznesmenin daha belə vizaya ehtiyac duymadığını yazıb.
Belə ki, R.Abramoviç İsrail vətəndaşlığını qəbul etdikdən sonra onun Britaniya vizasını uzatmağa ehtiyac qalmayıb. İndi o, İsrail vətəndaşı kimi altı aya qədər müddətdə sərbəst şəkildə Böyük Britaniya ərazisində qala bilər.
Xatırladaq ki, Roman Abramoviç Britaniya vizasının alınması ilə bağlı çətinliklərdən sonra İsrailə köçmək qərarına gəlib. O, bu ölkənin vətəndaşlığını da qəbul edib.(virtualaz.org)
Digər xəbərlər
loading...