Ötən gün Moskva polisinin cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən “Belıy dom” restoranında (“Qlubokiy pereulok” küçəsi) məşhur azərbaycanlı qanqster, “Hacı Beyləqanski” ləqəbli Hacıbaba Talıbxanlı yaxalanıb
Virtualaz.org “Prime Crime” portalına istinadən xəbər verir ki, “Hacı Beyləqanski” xüsusilə ağır cinayətlərdə şübhəli bilinir. İstintaqın maraqları naminə ona qarşı irəli sürülmüş ittihamın detalları açıqlanmır.
Beyləqan rayonunun sakini olan “Hacı Beyləqanski” 2016-cı ilin avqustunda İstanbulda güllələnmiş məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin killerlər briqadasının komandiri hesab olunurdu. O, 2012-ci ildə Dubayda keçirilmiş “sxodkada”-kriminal generalların toplantısında “vor zakon” titulu alıb. Həmin toplantıda “Rövşən Lənkəranski”nin digər məşhur killeri, Gəncədən olan Ülfət Tağıyev (“Rufo Gəncinski”) də həmin titulu almışdı. Hazırda o, Arxangelsk vilayətindəki həbsxanalardan birində 8 illik həbs cəzası çəkir.
Bildirilir ki, “Hacı Beyləqanski”nin və “Rufo Gəncinski”nin əli “Rövşən Lənkəranski”nin çoxsaylı düşmənlərinin qanına batıb. “Hacı Beyləqanski” Rövşən Canıyevin ölümündən sonra onun qruplaşmasına başçılıq edən qohumu Zaura xidmət edirdi. Bir neçə ay əvvəl xəbərlər yayılmışdı ki, “Hacı Beyləqanski” Moskvada yerləşib, elit yaşayış komplekslərindən birinin penthausunda yaşayır və çoxsaylı mühafizəçilərin müşaiyəti ilə gəzir.
Digər xəbərlər
loading...