«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Şimali Koreyada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Kim Çen Inı Rusiyaya dəvət edib
«Sizi görməyə çox şad olardıq» – Lavrov Şimali Koreya liderinə deyib.
Artıq xəbər verildiyi kimi, Rusiyanın baş diplomatı Sergey Lavrov Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdədir. O, ölkənin xarici işlər naziri Li Yon Xo ilə danışıqlar aparıb. Diplomatlar ikitərəfli münasibətləri, Koreya yarımadası ətrafında yaranmış vəziyyəti və bəzi digər beynəlxalq məsələləri müzakirə ediblər.
Bundan sonra Lavrov Kim Çen Inla görüşüb. Bu görüş barədə əvvəlcədən xəbər verilməyib. Əlamətdardır ki, görüş Pxenyanın ABŞ-KXDR sammitinə apardığı hazırlıqlar fonunda baş tutub.
Lavrovla görüşdə Şimali Koreya lideri bəyan edib ki, onun ölkəsi Rusiyanın dünyada ABŞ-ın dominantlığına qarşı durmasını yetərincə qiymətləndirir.
MilliYol.Az
Digər xəbərlər
loading...