Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş yanğın barədə növbəti məluat yayıb
FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.
Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub.
Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.
Vəziyyətləri normaldır.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
MilliYol.Az
Digər xəbərlər
loading...