Hər şeydən bəlli olur ki, yeni Ermənistan hakimiyyəti qərbyönümlü olacaq və Rusiyaya meyldən danışmağa ehtiyac qalmır. Hökumətdə aparılan kadr dəyişiklikləri də buna bariz nümunədir
Ermənistanda Babken Ter-Qriqoryanın diaspor nazirinin müavini vəzifəsinə gətirilməsi xüsusi diqqət çəkib. Bunu hətta nazir Mxitar Ayrapetyan da xüsusi fəxrlə qeyd edib.
Babken Ter-Qriqoryan Parisdə anadan olub və ABŞ-da böyüyüb. “The HALO Trust”, “Transparency International” və BMT-nin İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq edib. Eyni zamanda, Açıq Cəmiyyət Fondu – Ermənistan layihələrinin koordinatoru olub. Qeyd etməyə dəyər ki, sadalanan təşkilatların hamısı Corc Soros tərəfindən maliyyələşdirilir.
2018-ci ilin fevral ayından Babken Ter-Qriqoryan “dqr”in “insan hüquqlarının müdafiəsi” üzrə müşaviri və eyni zamanda Ermənistan baş nazirinin iqtisadi məsələlər üzrə müşavirinin müavini olub.
Ən maraqlısı isə odur ki, Babken Ter-Qriqoryan anti-Rusiya aksiyalarında əlində şüarlarla iştirak edib. Belə plakatlardan birində Putinə qarşı söyüş də yer alıb.
Ermənistan KİV-ləri bildirir ki, hu cür adamın Rusiyanın maraqlarını güdəcəyinə inanmaq xeyli çətindir.
MilliYol.Az
Digər xəbərlər
loading...