İsrailin baş naziri Benyamin Netanyahu 2011-ci ildə orduya və təhlükəsizlik qüvvələrinə 15 gün ərzində İranın nüvə obyektlərinə zərbələr endirməyə hazır olmaq əmri verib
Virtualaz.org xəbər verir ki, bu məlumatı “Mossad”ın keçmiş direktoru Tamir Pardo İsrailin “Kanal 2” televiziyasının efirində açıqlayıb.
Aparıcı heyrətlə soruşub: “Doğrudan belə əmr var idi?”
Tamir Pardo cavab verib: “Bu elə məsələ deyil ki, sən “məşq üçün” istiafdə edə biləsən. Əgər kimsə bunu edirsə deməli doğrudan da hücumu nəzərdə tutur. Siyasi eşalon əmr verəndə sənin iki variantın var-ya əmri yerin yetirmək, ya açarı masanın üstünə qoymaq. Yaxşı ki, mən bu nöqtəyə gəlib çatmadım və başıma belə fikir gəlmədi”.
Virtualaz.org xatırladır ki, 2011-ci ildə həqiqətən İsraillə İran arasında hərbi qarşıdurma riski yaranmışdı. Netanyahu hökuməti ABŞ prezidenti Barak Obamanın İrana qarşı yumşaq siyasətinə qarşı çıxırdı və təkbaşına Tehranın nüvə obyektlərini vurmaqla hədələyirdi. Nəhayət elə situasiya yaranmışdı ki, İsrail ABŞ-la razılaşdırmadan İrana qarşı hərbi əməliyyatlara başlamaq ərəfəsində idi, Qərb KİV-lərində bu barədə dalbadal məlumatlar yayılırdı. Məhz həmin vaxt Obama administrasiyası İsrailin İrana qarşı hücum planının detallarını mətbuata sızdırdı və nəticədə Təl-Əvivlə Vaşinqton arasında münasibətlər gərginləşdi. Həmin plana əsasən İsrailin Azərbaycan ərazisindəki bəzi aerodromlardan da təyyarələrin qəza enişi üçün istifadəsi nəzərdə tutulurdu.
Həmin hadisələr ərəfəsində Tamir Pardo “Mossad” direktoru vəzifəsinə təzə təyin olunmuşdu. O bildirir ki, həmin vaxt qeyri-addi addım atıb və baş nazirin əmrinin qanuniliyini yoxlamağı qərara alıb. “Mən kimi tapdımsa soruşdum. Hüquq müşavirləri ilə danışdım, bu mövzuda danışa bilən hər kəslə məsləhətləşdim, o cümlədən “Mossad”ın keçmiş şefi Meyr Daqanla. Belə vəziyyətlərdə öz komandirinə inanmalısan, bir halda ki, baş nazirin sənə deyir ki, vaxt gedir, deməli başa düşməlisən ki, bu oyun deyil. Netanyahu müəyyən mərhələdə hər şeyi öyrəndi. Mən sonda əmri baş nazirdən almışdım, amma əmin olmaq istəyirdim ki, birdən işlər yolunda getməsə nəsə qanunsuz iş görmədiyimi sübut edə bilim”.
Tamir Pardo bildirib ki, sonda Baş qərargah rəisinin və “Mossad” direktorunun mövqeyi də nəzərə alınmaqla İrana zərbələr endirmək planından imtina edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...