Millət vəkili Vahid Əhmədov parlamentin yaz sessiyasının son iclasında banklardakı problemi yenidən gündəmə gətirib
O, çıxışında qeyd edib ki, büdcənin icrasına nəzarət yetirdikdə görürük ki, Ümumi Daxili Məhsulda (ÜDM) 0,1 faiz artıma nail olunub: “Ancaq artımın əsaslı olmamasının səbəbi bankların kredit qoyuluşlarının azalması ilə bağlıdır. Bu gün Azərbaycanda 30 bank var. Onlardan yalnız 4-5 bank iqtisadiyyatda kapitallaşma həyata keçirir. Qalan banklar isə kapitallaşma həyata keçirmir. Ona görə də bankların sağlamlaşdırılması prosesinə start verməliyik ki, ÜDM-in həcmində artıma nail olaq. Yalnız Beynəlxalq Bankın dövlət büdcəsinin hesabına sağlamlaşdırılması həyata keçirildi. Bunun üçün 10 milyarda yaxın pul sərf olundu.
Bu, digər banklara da şamil olunmalıdır. Həmçinin dövlət büdcəsində vergi güzəştlərindən azad olunma məsələsi var. Hesab edirəm ki, dövlət büdcəsində vergi güzəştlərinin məbləği açıq göstərilməlidir”.
Deputat Əli Məsimli də çıxışında bankların sağlamlaşdırılmasını vacib hesab edib. O qeyd edib ki, bunun üçün onların real iqtisadiyyata yaxınlaşdırılmasını təmin etmək lazımdır: “Əslində bununla ölkədə qeyri-neft sektorunun inkişafına, ondan gələn gəlirlərin artırılmasına nail olmaq mümkündür. Yoxsa banklarla bağlı problem elə öz yerində qalacaq”.(oxu.az)
MilliYol.Az
Digər xəbərlər
loading...