Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində üsyan başlayır
Publika.az xəbər verir ki, “Arsax işığı” (Dağlıq Qarabağ) hərəkatının üzvləri Vaan Badasyan, Qrişa Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan, Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan, Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan Qarabağdakı Bako Saakyan rejiminin əleyhinə bəyanatla çıxış ediblər.
Separatçı rejiminin devrilməsinə çağırış edən digər erməni separatçılar bildiriblər ki, Ermənistanda hakimiyyət dəyişdi, Xankəndində isə köhnə rejim davam edir.
Onlar Bako Saakyanın devrilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər.
Vaan Badasyan Saakyana çağırış edib ki, o, “hakimiyyəti” qansız-qadasız təhvil versin. Əks təqdirdə güc yolu ilə onu devirəcəklər.
Qeyd edək ki, erməni ekspertlər Qarabağda daxili çaxnaşma olacağı təqdirdə Azərbaycanın əraziləri azad etmək üçün hərəkətə keçəcəyini hesab edirlər. Əslində belə bir fürsət yaranarsa, bu, Bakının öz torpaqlarında anti-terror əməliyyatı keçirməsinə yaxşı imkan yarada bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...