Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb
“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, o, mayın 31-də ABŞ-a yola düşüb.
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.
Türkiyə buna etiraz olaraq ABŞ-dakı səfiri Serdar Kılıc məsləhətləşmələr üçün Ankaraya çağırmışdı.
Xatırladaq ki, bu il iyunun 4-də Vaşinqtonda ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşamsına dair danışıqlar olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...