Qeyri-rəsmi evliliklərin qlobal itkisi 4 trilyon dollara bərabərdir
Henrietta For, Nataliya Kanem, Mabel van Oranj
“Project Syndicate”
Erkən nikahlarla bağlı hallara daha çox gəlinlərin az təhsilli, yoxsul olduğu və cinsi zorakılığın geniş yayıldığı ölkələrdə rast gəlinir. Ancaq xwsusən iqtisadi təsirlər bu qorxunc vəziyyətə əlavə olunduqda, qanunvericiliyin acizliyi təəccüb doğurmur.
Beynəlxalq Qadın Araşdırmaları Mərkəzi və Dünya Bankının məlumatlarına görə, erkən nikahların məhdudlaşdırılması 2030-cu ilə qədər sosial təminat üçün xərclənən illik 4 trilyon dollardan çox qlobal vəsaitin qənaətinə səbəb ola bilər.
Qısası, dünya uşaqlarla evliliyə sədd çəkməlidir.
Bir çox hökumətlər artıq bunu etiraf ediblər. Məsələn, İndoneziyada erkən nikahların iqtisadi təsiri barədə danışarkən, onun uzunmüddətli böyümə proqnozlarına mənfi təsir göstərdiyini söyləyən prezident Coko Vidodo qızların 14%-inin 18 yaşından əvvəl ərə getdiyi bir ölkədə bu praktikaya son qoymaq niyyətini açıqlayıb.
Ancaq erkən nikahların yayıldığı bir çox ölkədə dəyişiklik kifayət qədər sürətli baş vermir. Strategiyalar Banqladeşdən Zambiyaya qədər geniş müzakirə edilsə də, bu nikahların dərəcələrini azaltmaq üçün sübut edilmiş proqramları maliyyələşdirilməsi qeyri-kafi səviyyədə qalır.
Nəticədə, azyaşlı qızların sağlamlığı, təhsil və peşə hazırlıq səviyyəsi yaxşılaşmır. Əgər erkən nikahların sona çatdırılması işi siyasi iradə nöqtəsindən yüksəyə qalxmalıdırsa, strategiya da maliyyə öhdəlikləri ilə dəstəklənməlidir.
Şübhəsiz, erkən evlilik problemi böyükdür. Bu gün dünyada təxminən hər beş qızdan biri ərdə və ya 18 yaşından əvvəl qeyri-rəsmi nikahdadır və bu qızların əksəriyyəti yetkinlik yaşına çatmayana qədər ana olacaqlar. Dünyanın ən çox erkən nikahına malik olan Nigerdə qızların 76%-i səsvermə hüququ əldə etməzdən əvvəl ailə qururlar.
Üstəlik erkən nikahların olduğu məkanlarda qızlar əsla qərarverici deyirlər.
Yaxşı xəbər budur ki, bu qlobal problemin həlli üçün vaxt-vədə artıq yetişib.
Erkən evliliklərin iqtisadi xərcləri aydındır, inkişaf etməkdə olan ölkələrin hökumətləri bu məsələyə daha diqqətlə yanaşmağa başlayır. Lakin tərəzinin bu gözünü ağırlaşdırmaq üçün zəngin ölkələr “döyüşə” cəlb edilməlidir.
Mayın 31-də G7-nin maliyyə və inkişaf nazirləri Kanadada iqtisadi böyümənin daha ədalətli şəkildə paylaşmasını müzakirə etmək üçün bir sıra görüşlər keçirəcəklər. Bu görüşlər gələn həftə Kanada baş naziri Castin Trüdonun G7 sammitinə ev sahibliyi ilə geniş müzakirələrə yol açacaq.
Trüdo builki görüşdə gender bərabərliyini əsas mövzu etməyə söz verib və biz, əlbəttə, onun bu məsələyə diqqətini alqışlayırıq. Lakin biz də bilirik ki, G7 nazirləri öz sözlərini xüsusi maliyyələşdirmələrlə uyğunlaşdırmırsa, zirvə görüşünün yüksək vədləri qısa müddətə azalacaq və hər yerdə uşaqlar erkən nikahların ədalətsizliyindən əziyyət çəkəcəklər.
Erkən nikahların bitməsi həvəs, yaradıcılıq və pul tələb edir. Amma bu bir başlanğıcdır; ünvanlı həllər vacibdir. Təhsil qızların gələcəyi üçün mühüm amildir, amma sadəcə məktəblərin tikintisi və müəllimlərə normal maaş ödənilməsi kifayət etmir. Tam səlahiyyətlilər olmaqdan ötrü qızların güvənə və keyfiyyətli təhsilə ehtiyac duyurlar.
Uzunmüddətli iştirak tələb edən bir məqsəd!
Dünyanın ən zəngin ölkələri bu məsələni yüksək prioritetə çevirsəydilər, xərclər böyük olardı. Məsələn, Dünya Bankı hesab edir ki, Niger erkən nikahları qadağan edərsə, 1.7 milyard dollar ətrafında illik rifah qənaətlərinə nail olacaq. Banqladeş illik 4,8 milyard dollarlıq qazanc və məhsuldarlıq yarada bilər, Nigeriyada sosial müavinət qənaəti 7,6 milyard dollar təşkil edəcək.
Hökumətlər erkən nikah səviyyəsinin azaldılmasında səy göstərməyə başlayırlar. Əslində, hər il uşaq kimi evlənən qızların sayı azalır. Təəssüf ki, dəyişiklik çox ləngdir. Əgər dünya irəliləyişləri dramatik şəkildə sürətləndirməsə və investisiyaları genişləndirməsə, əhalinin sürətlə artması cari gəlirləri azaldacaq və azyaşlı gəlinlərin sayı daha da artacaq.
Qızlar dünyanı dəyişə bilər, amma bu anda onların nəzarəti altında olan şərtlər potensialı məhdudlaşdırır. G7 nazirləri bu həftə və sonda görüşdükdə, müzakirə edəcəkləri mövzu bu olmalıdır: “Hər kəs üçün əlçatımlı inkişafa sərmayə qoyun”.
Bizim baxımdan bu hədəfi reallığa çevirmənin ən yaxşı yolu böyük xərclər yaradan sosial xəstəliyin müalicəsidir. Həm də yalnız qızların “yoluxmadığı” xəstəliyin…
MilliYol.Az
Digər xəbərlər
loading...