Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya vətəndaşı olmaqla, ümumilikdə 23 əcnəbi saxlanılıb
Xidmətdən Trend-ə verilən məlumata görə, saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub.
Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.
MilliYol.Az
Digər xəbərlər
loading...