NATO Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır
Bu barədə özəl olaraq Trend-ə Alyansdan bildiriblər.
Qeyd olunub ki, NATO və Azərbaycanı uzun illərin əməkdaşlığı bağlayır: “Biz NATO-nun rəhbərlik etdiyi “Qətiyyətli dəstək” missiyası çərçivəsində Azərbaycanın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim, konsultasiya və yardım göstərilməsində müntəzəm töhfəsinə görə minnətdarıq. Azərbaycan qoşunları əla xidmət edirlər. Biz, həmçinin Azərbaycanın NATO-nun Əfqanıstan milli ordusu üçün Məqsədyönlü Fondu vasitəsilə əfqan təhlükəsizlik qüvvələrinin maliyyə təminatına verdiyi töhfəyə görə də minnətdarıq”.
Alyansdan bildiriblər ki, Azərbaycan öz qoşunlarının NATO qüvvələri ilə, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi çərçivəsində qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi üzrə işi davam etdirir:
“Bu gün bizim əməkdaşlığımız enerji təhlükəsizliyindən tutmuş keçmiş sovet ordusunun partlamamış mina və döyüş sursatlarının təhlükəsiz məhv edilməsinədək bir çox sahələri əhatə edir. Biz Azərbaycanı öz təhlükəsizlik institutlarında islahatlar prosesini fəallaşdırmağa çağırırıq”.
Təşkilatdan deyiblər ki, NATO Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi üzrə 2018-ci ilin sonuna Milli Fəaliyyət Planının hazrılanmasının yekunlaşdırılması ilə bağlı işini alqışlayır və “Qadınlar, sülh və təhlükəsizlik” adlı ümumi gündəliyin həyata keçirilməsini davam etdirməyə çağırır:
“Biz Azərbaycanla ölkə hakimiyyətinin seçdiyi bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...