Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinə başlanıldığı gündən bu günə qədər 455 mln. ton neft və 145 mlrd. kubmetr qaz hasil edilib
Bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin may ayının əvvəlinə qədər bu yataqdan hasil edilən 258 mln. tondan çox mənfəət nefti dünya bazarlarına realizə olunub. Bu da “Azəri-Çıraq-Günəşli” yatağında realizə olunmuş neftin 60 faizini təşkil edib.
MilliYol.Az
Digər xəbərlər
loading...