ABŞ-la Türkiyə arasında terrorçu PKK/YPG-PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Münbiç bölgəsindən çıxmasına dair texniki razılaşma əldə edilib
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra razılaşma elan olunacaq.
Razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, iyunun 4-də tərəflər razılaşma sənədi imzalanan vaxtdan başlayaraq 30 gün içində PKK/YPG-PYD terrorçuları Münbiçi tərk edəcək. İkinci və üçüncü mərhələdə, 4 iyun razılaşmasından sonra, 45-ci günün sonunda Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq. İyunun 4-dən sonrakı 60 gün ərzində Münbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.
Qeyd edək ki, Münbiç Suriyanın Hələb əyalətinə aiddir. PKK/YPG-PYD 2016-cı ildə ərazini ABŞ-ın dəstəyi ilə İŞİD-dən təmizləyərək işğal edib. Münbiç əhalisinin 90 faizinin ərəb olduğu bildirilir.
Digər xəbərlər
loading...