Ləğv edilmiş MTN tərəfindən həbs edilən və daha sonra şərti cəza ilə azadlığa çıxan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəhbəri Rəşad Məmmədov növbəti dəfə hakim qarşısına çıxıb. Bu dəfə o təqsirləndirilən şəxs kimi yox, şahid kimi ifadə verib
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Məmmədov ifadə verir.
Vəsait Məlikovu torpaq alqı-satqısı məşğul olan şəxs kimi tanıdığını deyən R.Məmmədov bildirib ki, 2008-2009-cu illərdə qaynı və atası üçün torpaq almaq istəyib:
"Həmin vaxt Vəsaiti tanımışıq. Sonra da münasibət qurulub. 10 hektara yaxın torpaq aldıq. Ofisə gəlib gedirdi. İki torpaq sahəsi təklif edirdi. Biz də aldıq. Sənədləşmə işləri də Vəsaitin üstündə idi. Sonradan bildik ki, torpağın sənədləri düz deyil. O vaxt həmin torpaq qaynım Azər Əsgərov, atam və Rafiq arasında bölünmüşdü. Ümumlikdə 800 min manata yaxın pul verilmişdi. Sonradan məlum oldu ki, həmin torpaqların sənədi düzgün deyil. Çünki özəlləşməyə gedib geri qayıtmışdı".
Şahidin dediklərinə təqsirləndirilən şəxs münasibət bildirib.
Söyləyib ki, həmin torpaq sahəsini hasara aldırıb. Buna görə də 45 min manat pul xərcləyib: "Rəşadın 123 min borcu vardı. Rəşad da demişdi, sənədləşməni həll elə, pulu alacaqsan".
Həmin ərəfədə həbs edilən Rəşad Məmmədov torpaq sahəsi ilə bağlı yaranan problemlə maraqlana bilməyib:
"Bir müddət işlər alınmadı. 3-4 il keçəndən sonra Vəsait məndən şikayət etdi ki, pulunu verməmişəm. Amma iş araşdırılanda məlum oldu ki, onun mənə borcu var".
Bu zaman təsirləndirilən şəxs pulu qaytara biləcəyini deyib: "Lazımdırsa, sabah pulu qaytarım. Problem yoxdur".
Zərərçəkən şəxsin nümayəndəsi Kamandar Nəsibov 350 min dolları ödənməsini tələb edib.
Məhkəmə prosesi iyunun 5-də davam edəcək.
Qeyd edək ki, Vəsait Məlikovun işində daha bir neçə zərərçəkmiş var. Onlardan torpaq satmacağı adı ilə ümumulikdə 800 min manat dələduzluq edib. Həmin şəxslər R.Məmmədov, atası və qaynıdır.
Zərərçəkmişlərin şikayəti əsasında saxlanan Vəsait Məlikova Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Rəşad Məmmədov 2015-ci ildə MTN tərəfindən həbs edilib. R.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham edilirdi.
Eldar Mahmudov zifədən çıxarılandan, MTn ləğv ediləndən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 1 ay 8 gün müddəti azadlıqdan məhrum edilib. O istintaq dövründə həbsdə keçirdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.
R.Məmmədov barəsində bəraət hökmü çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Amma onun şikayəti təmin edilməmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...