Aprel ayında Gürcüstanda ÜDM-in artım tempi 6,5% təşkil edib
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, bu ilin ilk dörd ayında ÜDM-in orta real artım tempi 5,5% olub.
Ötən ay Gürcüstanda istehlak qiymətləri mart ayı ilə müqayisədə 0,2% ucuzlaşıb. Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsinin həcmi 22,1% artaraq 3 mlrd. 783,2 mln. dollar təşkil edib.
Qonşu ölkədə aprel ayında 4 037 müəssisə qeydiyyatdan keçib ki, bu da illik müqayisədə 9,3% çoxdur.
Dövlət büdcəsinin gəlirləri 765 mln. lari, xərcləri isə 780,4 mln. lari təşkil edib.(APA)
MilliYol.Az
Digər xəbərlər
loading...