«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 31-də Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi səfərə gedəcək. Bu barədə nazirliyin saytında xəbər verilir
Rusiya diplomatiyasının başçısı ikitərəfli gündəmi, Koreya yarımadası ətrafındakı vəziyyəti və digər beynəlxalq problemləri müzakirə edəcək.
Beynəlxalq birliyin Pxenyana əsas iddiası, onun nüvə sınaqları barədədir. KXDR isə öz növbəsində, Amerika Birləşmiş Ştatlarının öz müttəfiqləri, konkret halda Cənubi Koreya ilə bölgədə öz sərhədləri yaxınlığında keçirdiyi birgə hərbi təlimlərdən narazıdır.
Bu yaxınlarda Pxenyan denuklearizasiya kursu götürdüyünü elan edib. Bu addım Vaşinqtonla dialoqda müvəqqəti isinməyə səbəb oldu – Donald Tramp və Kim Çen In münasibətləri stabilləşdirmək üçün hətta görüşməyi də planlaşdırdılar. Ancaq ötən həftə ABŞ lideri sammitdən imtina etdi. Maraqlıdır ki, bir neçə saat bundan əvvəl denuklearizasiya çərçivəsində KXDR özünün yeganə yeraltı nüvə poliqonunu sökdü.
Bundan sonra belə bir informasiya yayıldı ki, Trampla Kimin görüşünə hazırlıqlar bərpa oluna bilər.
Ötən həftə Vladimir Putin Pxenyanla Vaşinqton arasında dialoqun bərpasına ümid etdiyini bildirib və bəyan edib ki, ABŞ KXDR-a qarşı sərt mövqe tutmamalıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...