Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa Bakıdakı Sahil Bağında 26 Azərbaycan Müstəqilliyinin Memarları abidəsinin ucadılması təklifilə çıxış edib
“AzPolitika.info” millət vəkilinin bu təklifin yer aldığı maraqlı yazısını təqdim edir:
“Bir neçə gün öncə millət vəkili Qüdrət Həsənquliyev Aərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə qərarın verilməsində iştirakı olan, yəni İstiqlal Bəyannaməsinə səs vermiş tarixi şəxsiyyətlərin doğulduğu bölgələrdə xatirə abidəsinin qoyulmasını təklif etmişdi.
Doğru bir təklifdir, gerçəkləşsə yaxşı olardı. Bununla belə, düşünürəm ki, başqa bir ideya barədə düşünmək də maraqlı olardı. Bildiyiniz kimi Bakının indiki Sahil Bağı adlanan yerində Azərbaycan xalqının soyqırımını gerçəkləşdirmiş məşhur 26 Bakı Komissarının şərəfinə ucadılmış “26-lar” abidə kompleksi var idi. Sonradan buradakı kompleks haqlı olaraq ortadan qaldırılsa da, indiyədək bu bağın adı keçmiş alışqanlığa uyğun olaraq 26-lar Bağı kimi tanınmaqdadır. Bizim Müstəqil Cümhuriyyət ideyası Bakı Kommunasının Sovet Azərbaycanı ideyasına qalib gəldiyinə görə, bu qələbənin simvolik təsvirini də məhz 26-lar Bağı üzərindən etmək mümkündür. Tarixi sənədlərdən bizə bəllidir ki, 27 may 1918-ci ildə Tiflis şəhərində Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə qərar qəbul edilən iclasda Zaqafqaziya Seyminə daxil olan türk-müsəlman millət vəkillərindən 26 səlahiyyətli təmsilçi iştirak etmişdir. Onlardan 24 nəfər Cümhuriyyətin lehinə səs vermiş, iki nəfər — Sultan Məcid Qənizadə və Cəfər Axundov səsvermədə bitərəf qalmışlar. Həmi bitərəf qalanlar da prinsipcə müstəqilliyin lehinə olmuş, sadəcə zamanlama məsələsinə görə belə bir mövqe tutmuşdular. Maraqlıdır ki, Azərbaycanın müstəqilliyinə qarşı olanlar da, müstəqilliyə səs verənlər də 26 nəfər olmuşlar. Bu halda 26 Bakı Komissarının keçmiş abidəsinin yerində 26 Azərbaycan Müstəqilliyinin Memarları abidəsinin ucadılması barədə düşünmək olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...