“Əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər”
“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qadınların V Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlər görülsə də, bu məsələ hələ dövləti narahat edir: “Bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçün məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Məlumat bankı yerlərdə Monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasını təmin edir”.
MilliYol.Az
Digər xəbərlər
loading...