Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib
APA-nın “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.
Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.
Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.
Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...