Xuraman Rüstəmova icra başçısı Vaqif Abdullayevin adından necə istifadə edir?
Şöbə müdiri kreditləri ödəyə bilmir
Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova çətin vəziyyətə düşüb. Bu barədə MilliYol.Az-a Beyləqandakı mənbə məlumat verib.
Mənbə bildirir ki, Xuraman Rüstəmova Təhsil Şöbəsinin müdiri olmaq üçün həmin vaxt direktor işlədiyi 3 saylı orta məktəbin 20-dən çox müəlliminin adına "Kapital Bank"ın rayon filialından külli miqdarda kredit götürərək icra başçısı Vaqif Abdullayevə verib.
İndi isə şöbə müdiri müəllimlərin adına götürdüyü kreditləri ödəyə bilmir. Bu posta təyin olunduqdan sonra məktəb direktorlarından pul yığan Xuraman Rüstəmova hansısa səbəbdən yığımı dayandırıb. Məhz buna görə indi müəllimlərin adına götürdüyü kretidləri ödəyə bilmir.
Aldığımız məlumatda bildirilir ki, şöbə müdiri bankdan müəllimlərin hər birinin adına 2-3 min manat arası kredit götürüb. Ümumi məbləğin 40 min manatdan çox olduğu deyilir. Şöbə müdiri hər ay 1500 manatdan çox ödəniş etməlidi ki, indi buna gücü çatmır. Buna görə də "Kapital Bank"ın rayon filialının rəhbərliyindən güzəştlərin edilməsi üçün xahiş etmək istəyir.
Qeyd edək ki, informasiya mənbəmiz Xurman Rüstəmova üçün bankdan kredit götürən müəllimlərin siyahısını redaksiyamıza təqdim edib. Həmin siyahını dəqiqləşdirdikdən sonra təqdim edəcəyik.
Aldığımız başqa bir məlumata görə, Xuraman Rüstəmova icra başçısı Vaqif Abdullayevin adından pul yığmağa başlayıb. Belə ki, o, Təhsil Şöbəsində direktorlarla keçirdiyi görüşündə bildirib ki, başçıya "hesab" verməlidi. Buna görə də direktorlara pul yığmağı tapşırıb. Şöbə müdirinin dediklərinin nə qədər həqiqət olub-olmadığını, Vaqif Abdullayevin ondan "hesab" istəyib-istəmədiyini dəqiq bilmirik. Deyilənlər həqiqətdisə, bu hadisə böyük qalmaqala səbəb olacaq. Yox əgər Xuraman Rüstəmova icra başçısının adından istifadə edirsə, demək Vaqif Abdullayevi qəsdən rüşvətxor kimi tanıtmaqda məqsədi var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...