“Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmazdır”
“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsi görünür:
“Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir”.
İ.Əliyev sözlərinə əlavə edib ki, bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib:
“Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.
Digər xəbərlər
loading...