Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökumətinin Moskva qarşısında “boyun əyməsinə” baxmayaraq, onlar antiiran siyasəti həyata keçirəcəklər
Bu barədə “Report”a rusiyalı ictimai xadim, ekspert Maksim Şevçenko bildirib.
“Perspektivlər elədir ki, hazırkı hökumət Moskva qarşısında boyun əyir, amma fikrimcə, antiiran siyasəti yürüdəcək. Arxasında Amerika-Ermənistan Assosiasiyası və amerikalı lobbiçilərin dayandığı Nikol Paşinyanı (baş nazir – red.) nəzərdə tuturam. Çünki onlar üçün əsas məsələ Qərbin xüsusi xidmət orqanlarının nəzarətində olmayan İranın son sərbəst sərhəd xəttinin, yəni Ermənistan-İran sərhədinin bağlanmasıdır”, – M.Şevçenko deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələdə yeni baş naziri artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydın olan radikal daşnaklar dəstəkləyiblər: “Paşinyanın Dağlıq Qarabağ məsələsindəki ilk addımları onun sülhsevər əhval-ruhiyyədə olduğunu göstərmirdi”.
Digər xəbərlər
loading...