«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, nə qədər ki, Tehran nüvə sazişinin şərtlərinə əməl edir, Almaniya da İranın öz iqtisadiyyatını bərpa etməsi və yaxşı ticarət münasibətləri qurması məsələlərində ona güzəştə getməkdə davam edəcək
Bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas Berlində keçirilən «Global Solutions Summit»-dəki çıxışı zamanı bəyan edib.
«Nə qədər ki, Tehran atom sazişinin şərtlərinə əməl edir, biz də bütün səyləri göstərəcəyik ki, öz iqtisadiyyatını möhkmlətmək və yaxşı ticarət münasibətləri qurmaq istiqamətdərində İranın ümidlərini doğruldaq» – deyə, Maas bildirib.
Nazir əlavə edib ki, Tehranla bağlanmış atom sazişi nəinki «nüvə silahının yayılmaması arxitekturasının əhəmiyyətli elementi»dir, həm də «Yaxın Şərq bölgəsində sabitliyin təmin olunması məsələsində mərkəzi rol» oynayır».
MilliYol.Az
Digər xəbərlər
loading...