Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər
APA-nın məlumatına görə, dövlət başçısı müxtəlif şirkətlərə məxsus stendlərlə tanış olub.
Prezident İlham Əliyevə şirkətlərin təqdim etdiyi məhsullar barədə məlumat verilib.
Qeyd edək ki, sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Sərgi sahəsinin 40% -ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.
MilliYol.Az
Digər xəbərlər
loading...