«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya Cənubi Osetiyanın «müstəqilliyi»ni tanıyıb
Bu barədə Cənubi Osetiyanın Xarici İşlər Nazirliyinin (XİN) saytında xəbər verilir.
«Öz hökuməti tərəfindən səlahiyyət almış Cənubi Osetiya respublikasının xarici işlər nazirliyi bəyan etməyi özünə şərəf bilir ki, Cənubi Osetiya və Suriya Ərəb Respublikası beynəlxaq hüququn əsasını təşkil edən prinsiplərə sadiq olduqlarını, geniş miqyaslı siyasi, iqtisadi və mədəni əməkdaşlığa və iki ölkə xalqlarının rifahı naminə qarşılıqlı fəaliyyətə can atdıqlarını, bu zaman diplomatik mnasibətlər qurmaq barədə 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına və konsulluq münasibətlərinin qurulması barədə 23 aprel 1963-cü il tarixli Vyana Konvensiyasına uyğun hərəkət edərək, bu Kommünike dərc olunan tarixdən bir-birini səfiriklər açmaq səviyyəsində qarşılıqlı tanıdıqlarını elan edirlər» – C.Osetiya XİN-nin xəbərində belə deyilir.
Məlumat üçün bildirək ki, Rusiya hələ 26 mart 2008-ci il tarixdən C.Osetiyanın «müstəqilliyi»ni tanıyıb və onun ərazisinə qoşun yeridib.
Heç şübhəsiz ki, Suriyanın bu hərəkəti, gələcəkdə onun öz ərazisinin parçalanmasının Gürcüstan Respublikası tərəfindən tanınmasına yol açacaq. Belə yerdə, deyiblər ki, «özünə umac ova bilmir, özgəyə əriştə kəsir…».
MilliYol.Az
Digər xəbərlər
loading...