Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muharrem İncənin onun haqqındakı Fətullah Gülən iddialarına cavab verib
Modern.az Cumhuriyyet qəzetinə istinadən xəbər verir ki, Cumhuriyyət Xalq Partiyasının növbədənkənar prezident seçkilərinə namizədi Muharrem İncə bir neçə gün əvvəl Ərdoğanı vətən xaini adlandırmışdı. O bildirmişdi ki, Ərdoğan vaxtilə Gülən ilə birlikdə hərəkət edib. Hətta partiyasını da onun köməyi və icazəsi ilə qurub. Fətullah Gülən ABŞ-a qaçdıqdan sonra isə onu heç vaxt tələb etməyib.
Bu iddialara cavab verən Türkiyə prezidenti qeyd edib ki, o, həyatı boyu Güləni 2-3 dəfə görüb.:
“ Çox açıq və aydın danışacam. Və bunları dedikdən sonra Muharrem İncədən cavab gözləyirəm. CHP-nin rəhbərinin nə dərəcədə dürüst olduğu məlumdur. Dürüstlüklə yaxından-uzaqdan əlaqəsi yoxdur. Muharrem İncənin öz rəhbərinə qarşı da hörmətdən uzaq sözləri var. O ki qaldı mənim Pensilvaniyaya getməyimə, partiya qurmaq üçün icazə alacaq qədər aşağı səviyyəli siyasətçi deyiləm. Mən Güləni bələdiyyə sədri olduğum dövrdə tanımışam. Üz-üzə cəmi iki-üç dəfə görüşmüşəm. Partiya qurmaq üçün isə mənim dostlarım, yol yoldaşlarım var”.
Daha sonra Ərdoğan rəqibindən iddialarını sübut etməyi tələb edib: “ Niyə Pensilvaniyadan icazə alacağam ki? Əgər bunu isbat etməsə, deməli, İncə namərddir.Mən belə məsələlərdə sərt danışıram. İddialarını sübut etməlidir. Ya bunu açıqlayacaq, ya da namərddir. Və yaxud çıxıb birbaşa getsin. Mən bir özü bir dəfə deyirəm, əzilib-büzülmürəm. Onun hərəkəti mərdlikdən uzaqdır. Dərsini almaq istəyirsə, yeri məlumdur, bizim yanımızda bir az təhsil alsın!”.
MilliYol.Az
Digər xəbərlər
loading...