May ayının 15-də Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlunu məktəbin qarşısında “Prado” markalı avtomobil vurub
Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bu rəsmi xəbərdən sonra Gundeminfo.az-a daxil olan məlumatda bildirilir ki, məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
Rayon sakinlərinin dediyinə görə, həmin ərazidə məktəb yerləşir. E.Nadirov adına Sabirabad şəhər 8 saylı Beynəlmiləl tam orta məktəbdə xeyli sayda şagird təhsil alır. Sakinlərin dediyinə görə, Rayon Təhsil Şöbəsi dəfələrlə məktəbin qarşısından keçən el arasında “neft baza yolu” kimi tanınan ərazidə, məktəbin qarşısında tranplin qoyulmasını xahiş ediblər. Sabirabad RTŞ-in rəhbərliyi Sabiradab Rayon Dövlət Yol Polisinə müraciət etsə də nəticəsi olmayıb. Və sonunda ərazidən çox sürətlə hərəkət edən avtomobillərdən biri məktəblinin həyatı bahasına başa gəlib.
Məlumata əsasən Sabirabad DYP-nin rəisi Əhməd Ağayev Təhsil Şöbəsinin müraciətinə rədd cavabı verib. Müraciət edənlər bildirir ki, adıçəkilən orta məktəbin qarşısında sürücülərin sürəti azaltması üçün müvafiq addımlar atılmadıqca, belə faciələrin sayı da artacaq. Mövzu ilə bağlı DYP-nin mövqeyini öyrənməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...