ABŞ Prezidenti Donald Trampın polada 25 faiz və alüminiuma 10 faiz gömrük vergisi tətbiq etməsinə qarşı Rusiya cavab tədbirləri görəcək
Axar.az xəbər verir ki, Sputnik-də gedən məqaləyə əsasən, Rusiya da ABŞ-ın addımına eyni şəkildə qarşılıq vermək haqqını özündə saxlayır.
Qeyd edilir ki, Ümumdunya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq, Rusiya ABŞ-ın vergi tətbiqindən 30 gün keçdikdən sonra cavab tədbirləri görə bilər. Bir sözlə, Rusiyanın ABŞ mallarına eyni miqdarda vergi tətbiq etməsi iyunun sonunda mümkün olacaq.
Xatırladaq ki, ABŞ dəmir, polad və alüminium məhsullarına əlavə gömrük vergisi tətbiq edib.
Digər xəbərlər
loading...