“Türkiyədə prezident seçkisindən sonra lirənin məzənnəsinin hansı formada olacağı bəlli deyil”
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, hazırda Türkiyədə milli valyutanın məzənnəsinin qorunması bir qədər çətin məsələdir:
“Bu, ilk dəfə deyil. Bir neçə ay bundan öncə tük lirəsinin dəyərdən düşməsi baş vermişdi. O zaman bir dollar 3,2 lirə idi. Ancaq sonradan açıqlanan məlumatlardan da göründü ki, Türkiyədə dollarını lirəyə dəyişənlər çox olmayıb. 1 ay ərzində banklar vasitəsilə cəmi 300-400 milyon dollara yaxın vəsait dəyişdirilmişdi. İndi isə Türkiyədə dollar həddindən artıq bahalaşıb və 1 dollar təqribən 4 lirə 70 qəpiyə yaxındır. O üzdən Türkiyədə seçkidən sonrakı məzənnənin hansı formada olacağı bəlli deyil”.
İqtisadçı qeyd edib ki, prezident seçkiləri ikinci tura qalarsa, dollar 5 lirəni keçə bilər:
“Belə bir ehtimal var və ona görə də əhalinin riskə gedib dollarını lirəyə dəyişəcəyini düşünmürəm. Olsa da, bu, çox az miqdarda olacaq. Əslində, Türkiyədə insanlar nə qədər vətənpərvər olsalar da, iqtisadi itkilərdən kənarda qalmaq istəyirlər. Bu mənada ən azı 24 iyuna - prezident seçkilərinin ilk turuna qədər hər hansı ciddi addımların olacağını zənn etmirəm. Çünki gözləntilər elə formalaşıb ki, ilk turda prezident seçilməsə, türk lirəsi çox ciddi dəyər itirəcək”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər Türkiyədə dolların rekord həddə bahalaşması səbəbilə vətəndaşları avro və dollardan imtina etməyə çağırıb.
Digər xəbərlər
loading...