“Mən ona qulaq asa bilmərəm. Hansı mahnıdan söhbət gedir? 3 ay efirə çıxmasın, mahnı oxumasın görün o “Damcı” var? Heç damcı da yoxdu, nəinki Damla"
Axşam.azın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan müğənni Damla haqqında deyib.
Seyidcahan ifaçının ünvanına sərt sözlər söyləyib və onun fotosunu "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikası zamanı çırıb atıb:
"Adı Məsumədir. Mənim nə nəslim, nə pişiyim, nə itim ona qulaq asa bilməz. Bir insan ki, adından utanır, o, atasına görə niyə ağlayır? Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar "Dalğa". İnsanda neçə sifət var ki, efiri bəzətdirib tək oturasan: Nisə Qasımovasan, Brilliant Dadaşovasan? Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.
Digər xəbərlər
loading...