Şri-Lankada yağış və qasırğa nəticəsində azı 23 nəfər həlak olub
Milli.yol Trend-ə istinadən bildirir ki, təbiət hadisəsi ilə əlaqədar 75 minə yaxın sakin təxliyə olunub.
Bundan əvvəl 19 nəfərin öldüyü xəbər verilmişdi.
Kəskin hava şəraiti səbəbindən mindən çox ev dağılıb. Yollar zədələnib, məktəblərdə dərslər dayandırılıb.
Qeyd olunur ki, Şri-Lankada musson yağışları mövsümü başlayıb.
Digər xəbərlər
loading...